Novxanıda dəhşətli qəza: Ana övladı üçün canından keçdi – VİDEO
19-12-2017, 17:50
Abşeron rayonunda dəhşətli yol qəzası baş verib.
ARB TV xəbər verir ki, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobil, yolu keçmək istəyən ana ilə 4 yaşlı övladı vurub. Piyada keçidini keçən qadın, avtmobilin gəldiyini görəndə uşağı kənara tullayıb. Ana aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Xəsarət alan övladı 4 yaşlı Salman Cavadov isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlər ona tibbi yardım göstəriblər. Hazırda azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Qəzanı törədən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına aparılıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.