İmişlidə ata oğlunu yük maşını ilə vurub öldürüb

19-12-2017, 21:53           

İmişlidə dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

teref.az-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qızılkənd kəndinin sakini Anar Rüstəmov idarə etdiyi “Qazel” markalı yük maşını ilə oğlu, 2013-cü il təvəllüdlü Feyruz Rüstəmovu vurub.

A. Rüstəmov avtomobil arxaya verərkən oğlu nənəsindən əlindən qaçıb və nəqliyyat vasitəsinin altında qalıb. Uşaq hadisə yerindəcə ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru