Bulvarda selfi çəkdirmək istəyən tələbə qız və iki qrup yoldaşı dənizə düşdülər… –FHN xilas etdi

20-12-2017, 00:02           

Bakı bulvarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 3 gənc xilas edilib.

teref.az Lent.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın Qız Qalası ilə üzbəüz hissəsində 1999-cu il təvəllüdlü Ağayeva Şəfiqə Sabir qızı selfi foto çəkdirmək istəyərkən ehtiyatsızlıqdan dənizə yıxılıb.

Bu zaman qızın yanında olan tələbə yoldaşları Nadirzadə Tağı Rövşən oğlu və 2000-ci ildə anadan olmuş Rzayev Murad Azər oğlu onu xilas etmək üçün dənizə atılıblar. Suyun soyuq olması və üzə bilməmələri səbəbindən hər 3 gənc boğulmaq təhlükəsiz ilə üzləşib.

Hadisə yerinə gələn mühafizə əməkdaşlarının köməkliyi ilə gənclər xilas edilib.

Qeyd edək ki, xilas edilən gənclərin 3-ü də Azərbaycan Maliyyə İqtisad Kollecinin 3-cü kurs tələbələridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru