Meksikada yol qəzası nəticəsində 11 əcnəbi turist ölüb

20-12-2017, 08:28           
Meksikada yol qəzası nəticəsində 11 əcnəbi turist ölüb
Meksikada turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 11 xarici vətəndaş ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kintana Roo ştatında qeydə alınıb.



İlkin məlumata görə, avtobusun aşması nəticəsində 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.



Məlumata görə, turistlər Maxaual hava limanından Çakçoben şəhərinə gedirmişlər. Avtobusda ümumilikdə müxtəlif ölkələrdən gəlmiş 31 turist olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru