İranın sabiq vitse-prezidenti 63 il müddətinə azadlıqdan məhrum edildi

20-12-2017, 21:28           
İranın sabiq vitse-prezidenti 63 il müddətinə azadlıqdan məhrum edildi
İranın keçmiş vitse-prezidenti Həmid Rza Bakai 63 il müddətinə azadlıqdan məhrum edilib.

Trend-in məlumatına görə, o, dövlət vəsaitlərindən sui-istifadədə ittiham olunur.

Qeyd olunur ki, məhkəmə keçmiş vitse-prezidenti iri məbləğdə dövlət vəsaitini sərf etməkdə və 63 fərqli bank hesabı açmaqda təqsirli bilib.

Qeyd edək ki, H.R.Bakai Mahmud Əhmədinejadın prezidentliyi dövründə 2005-ci ildən 2013-cü ilədək vitse-prezident vəzifəsini tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.