Gənc qızın dəhşətli ölümü: Yıxılıb, saxladığı itlər onu parçalayıb, yeyiblər

21-12-2017, 00:38           

Aparılan araşdırma nəticəsində cəsədin Stefensə aid olduğu və meyitin itlər tərəfindən yeyildiyi müəyyən edilib
ABŞ-ın Virciniya ştatında 22 yaşlı qızın meyiti tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, pitbul cinsindən olan itlərini gəzməyə çıxaran 22 yaşlı Bethan Stefensin ölümü ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Polisin cəsədin tapılmasından 4 gün sonra verdiyi açıqlamada Stefensin intihar etdiyini və ya cinayət qurbanı olduğunu düşünmədiyini, itləri tərəfindən öldürüldüyünü bildirib. Qeyd edək ki, polis əvvəlcə tapılan cəsəd qalıqlarının hansısa heyvana aid olduğunu güman edib. Aparılan araşdırma nəticəsində cəsədin Stefensə aid olduğu və meyitin itlər tərəfindən yeyildiyi müəyyən olunub.
Polis nümayəndəsi bildirib ki, meyit üzərində araşdırma aparılıb. "İtlər Stefensi qabırğalarına qədər yeyib. Bədənindəki ilk travma yaraları boynunda və üzündə olub. Yerə yıxılıb, huşunu itirib. İtlər də öldürüb, yeyiblər" – deyə polis əməkdaşı bildirib.

Polis, Stefensin ölüm səbəbinin yaxınlarını narahat edəcəyini düşünərək, əvvəlcə bu barədə açıqlama verməsə də, sonradan gəzən şayiələri nəzərə alaraq ölümün əsl səbəbi barədə açıqlama vermək məcburiyyətində qalıb.

sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.