Qeyri-adi olay: Maşın yolda anidən peyda olur - Video

25-12-2017, 01:17           
Qeyri-adi olay: Maşın yolda anidən peyda olur - Video
Rusiyanın Barnaul şəhərində baş verən hadisə hər kəsi düşünməyə vadar edir.

Axar.az-ın RİA-ya istinadən məlumatına görə avtomobilin reqistratorunun qeydə aldığı videoda aydın müşahidə edilir ki, “Niva Şevrolet” markalı avtomobil anidən yolda peyda olur.

Belə ki, sözügedən maşın əvvəlcə yolda görsənmir. Lakin dönmə manevri yerinə yetirilən zaman “Niva” bir anda qarşıya çıxır.

Bir çox şərhçi həmin maşını “Ruh maşın” kimi qələmə versə də, digərləri sadəcə havanın tutqun, videoçəkilişin isə keyfiyyətsiz olduğunu əsas gətirərək burada qeyri-adi hadisənin olmadığını bildiriblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru