“Cinli” avtomobil yolda görün nələr edib (Video)

25-12-2017, 08:04           

Hadisə Dindiqul-Maduray əsas avtomagistralının düz ortasında, Vellodu kəndi yaxınlığında baş verib. Sürücüsüz avtomobil nəzarətsiz halda özbaşına dövrə vurmağa başlayıb. İnsanlar bütün baş verənləri məsafədən izləyib.

Yük avtomobilinin 35 yaşlı sürücüsü deyilənlərə görə həddən artıq içkili olub. Nəzarəti itirən sürücünün əlindən sükan çıxıb və avtomobil ora-bura çırpılıb. Elə bu zaman da sükan sistemi çöküb. Sonra isə sürücü yük avtomobilini yoldan çıxarmağa çalışarkən, bloka düşən sistem, nəqliyyat vasitəsini yerində dövrə vurmağa məcbur edib.

Panikaya düşən sürücü avtomobildən yerə tullanıb. Digər sürücülər isə yük maşınını saxlamaq üçün onun təkərlərinin altına böyük daşlar atsalar da, heç nəyə nail ola bilməyiblər. Nəhayət, nəqliyyat vasitəsi yolkənarı xəndəyə düşən zaman, sürücülərdən biri mühərriki sıradan çıxara bilib.

Bu zaman Ambaturay kəndinin ərazi polisi sərxoş sürücünü nəzarət altına alaraq, ona qarşı Cərimə məcəlləsi və Nəqliyyat vasitələri haqqında qanuna əsasən müxtəlif ittihamlar irəli sürüb. O da qeyd olunur ki, içkili olan qanun pozucusuna qarşı saxlanılma səbəblərini elan etmək üçün polis günahkarın ayılmasını gözləyib.

Avtoreyd.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.