Tiflisdə yaşayış binasında yanğın baş verib, 3 nəfər ölüb

25-12-2017, 08:32           
Tiflisdə yaşayış binasında yanğın baş verib, 3 nəfər ölüb
Dekabrın 25-ə keçən gecə Gürcüstanın paytaxtı Tiflisdədə yaşayış binasında güclü yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

“Dinamo” stadionu yaxınlığındakı yaşayış binasının mənzillərinin birində əmələ gələn yanğın 3 nəfərin həyatına son qoyub, daha 1 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bundan əvvəl "Rooms Tbilisi" hotelində yanğın baş verib, hadisə nəticəsində zərərçəkən yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru