ARB-nin əməkdaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
28-12-2017, 11:01
Türkiyənin Qocaeli bölgəsində azərbaycanlı gənc faciəvi şəkildə ölüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 27 yaşlı Seyid Əli Səlimov Qəbzə rayonunun Dovşanlı məhəlləsindəki fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib.
Ehtiyatsızlıq nəticəsində Səlimov mikserin içinə düşüb və ölüb.
Qeyd edək ki, Səlimov bir müddət ARB-nin Şəki filialının əməkdaşı olub.