İki milyon dollarlıq avtomobilin BAŞINA OYUN AÇDILAR - VİDEO

28-12-2017, 22:34           

İsveçin “Koenigsegg” şirkəti “Regera” avtomobil modelinin qəza testinin videosunu təqdim edib.

Publika.az xəbər verir ki, videoçarx istehsalçının “İnstaqram” hesabında dərc edilib.

Videoçarxdan da görünür ki, “Regera” ən müxtəlif sınaqlara möhkəm dözür. Hiperkara yandan, öndən və arxadan zərbələr vurulur, həmçinin kömürsındıran çəkiclə zərbə endirilir. Bütün hadisələrdə avtomobilin kabinəsi öz formasını dəyişmir və təhlükəsizlik balışları yaxşı işləyir.

“Regera”nın tirajı cəmi 80 nüsxə təşkil edib. Onların hamısı satılıb. Hiperkar iki turbinli V8 mühərriki ilə təchiz edilib. Avtomobil 1500 at gücünə malikdir. Başlanğıcda avtomobilin dəyəri təxminən iki milyon dollar təşkil edirdi.
[media=https://www.youtube.com/watch?v=WEvX2vPRZZ4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru