Kasıb hindlinin bank hesabında milyard rupi peyda oldu

29-12-2017, 09:16           
Kasıb hindlinin bank hesabında milyard rupi peyda oldu
Hindistanın Meratx şəhər sakini baş nazir Narendr Modidən qazandğı milyard rupini necə xərcləməsi ilə bağlı məsləhət istəyib. Bu məbləğdə pul səhvən onu bank hesabında peyda olmuşdu. Şital Yadav adlı şəxs fabrikin qablaşdırma şöbəsində çalışır və ayda 5 min rupi maaş alır. 18 dekabrda bank hesabından pul götürəndə orda milyard rupiyə yaxın vəsait tapıb.



Qadın öz gözlərinə inanmayıb və növbə ilə qonşularından hesabındakı pulun məbləğini oxuyub təkrarlamağı xahiş edib. Soruşduğu hər kəs ona hesabında bu məbləğdə pulun olduğunu təsdiqləyib. Yadav başqa bir bankomata gedərək, bu rəqəmi bir daha təsdiqlədib. Qadın daha sonra banka müraciət edərək bu məsələnin araşdırılmasını tələb edib. İki gün boyunca heç kim onun şikayətinə cavab verməyib. Daha bir neçə cəhdinə də mənfi cavab veriləndən sonra Yadav əri ilə birlikdə hökumətin başçısına bu barədə yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.