2017-ci ildə ABŞ-da 128 polis əməkdaşı ölüb

29-12-2017, 09:25           
2017-ci ildə ABŞ-da 128 polis əməkdaşı ölüb
2017-ci ildə Birləşmiş Ştatlarda 128 polis əməkdaşı xidməti vəzifəsini icra edən zaman həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Hüquq-Mühafizə Orqanları Əməkdaşlarının Milli Memorial Fonduna istinadən TASS məlumat yayıb.

Fondun bəyanatında bildirilir ki, 8 polis əməkdaşı pusquya düşüb, 44 nəfər odlu silah yarasından, eləcə də ailə münaqişələrinin nizamlanması üzrə çağırışlar zamanı ölüb, 47 polis yol qəzasına düşüb.

Ötən il bu göstərici 143 nəfər təşkil edib. Onlardan 66 nəfəri cinayətkarlar tərəfindən öldürülüb.

Bununla belə, 2017-ci ildə qanun keşikçiləri tərəfindən 970-dən yuxarı, 2016-cı ildə isə 963 nəfər öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru