Bakıda mağazadan içi pulla dolu seyf oğurlanıb

30-12-2017, 22:31           
Bakıda mağazadan içi pulla dolu seyf oğurlanıb
Bakıda mağazadan içi pulla dolu seyf oğurlanıb
Bakının Nəsimi rayonunda seyf oğurlamış şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və içərisində 3000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Səməd Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun cari il iyunun 6-dan noyabrın 8-dək olan müddətdə rayon ərazisində 1 gözəllik salonundan, 1 tədris mərkəzindən və daha 1 mağazadan pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru