Azərbaycanda maşınla 3 nəfəri öldürüb qaçdılar

31-12-2017, 19:49           

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalar nəticəsində 4 nəfər vəfat edib.

Lent.az xəbər verir ki, Sabirabad rayonunda 2 minik avtomobilinin toqquşması 1 nəfərin ölümünə, daha 8 nəfərin isə müxtəlif dərəcəli xəsarət almasına səbəb olub. Bakının Qaradağ rayonunda isə naməlum avtomobil 55 yaşlı kişini vurub öldürüb. Sürücü hadisə yerindən qaçıb.

Oxşar hadisələr Füzuli və Ağcəbədi rayonlarında da baş verib. Füzulidə naməlum avtomobil 20 yaşlı oğlanı, Ağcabədidə isə müəyyən edilməmiş nəqliyyat vasitəsi 50 yaşlı kişini vurub öldürdükdən sonra ərazidən uzaqlaşıb.

Bütün faktlarla bağlı zəruri araşdırmalar həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru