Tbilisidə Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı gənc ölüb

1-01-2018, 02:08           
Tbilisidə Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı gənc ölüb
Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.



APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Rusiyadan Ermənistana gedən “Mercedes Neoplan” avtobusu Tbilisidə “Quru körpü” yaxınlığında “Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.



Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru