Xırdalanda məktəbli qız yaşadığı evdə ölü tapıldı - FOTO
1-01-2018, 22:43
Abşeronda 11-ci sinif şagirdinin meyiti yaşadığı evdə tapılıb.
Publika.az xəbər verir ki, Xırdalan şəhər, Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbin 11 a sinfinin İlahə adlı şagirdi yaşadığı evdə ölü halda tapılıb.
Onun meyitini yaxınları aşkarlayıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.