Telman İsmayılovun hotelinə müştəri tapıldı

3-04-2018, 00:04           

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində açdığı “Mardan Palace Hotel”ə müştəri tapılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, külli miqdarda borc səbəbindən “Halkbank” tərəfindən həbs qoyulan bu hotelin “Rixos” hotellər qrupuna satılacağı bildirilir.

Məlumata görə, tikintisinə 1,4 milyard dollar xərclənən və dünyanın ən lüks hoteli seçilən “Mardan Palace Hotel”i bir neçə gün sonra yeni sahibinin xidmətinə keçəcək.
“Rixos”un idarə heyətinin sədri Fəttah Tamincə bildirib ki, hazırda görüşmələr davam edir:

“1-2 məsələni dəqiqləşdirməyə çalışırıq. Bir neçə gün sonra nəticəni ictimaiyyətə elan edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru