Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq –İran üzərindən xəttin açılması üçün iş aparılır

3-04-2018, 00:28           

Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacaq

Naxçıvan-Bakı dəmir yolu xətti açılacaq. Bunu bu gün Ordubad dəmir yolu stansiyasının açılış mərasimində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib. Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bununla bağlı İran İslam prezidenti Ruhaninin ölkəmizə ötən həftə gerçəkləşən səfəri zamanı razılıq əldə olunub. C. Qurbanov Bakı vağzalından Naxçıvan vağzalına qədər olan 1450 kilometr yol “Ştadler” tipli sürətli sərnişin qatarları ilə 18 saata qət olunacağını nəzərə çatdırıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru