Zakir Fərəcovun yeni təyinatı haqda xəbər təkzib olunmur - AÇIQLAMA

1-09-2015, 17:58           
Zakir Fərəcovun yeni təyinatı haqda xəbər təkzib olunmur - AÇIQLAMA
Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtın icra başçısı təyin olunduğu haqda xəbər yayılıb.

Bu barədə Strateq.az-a hakmiyyətə yaxın mənbələrdən daxil olan məlumatda bildirlib.
Xəbərdə qeyd edilir ki, Prezidentin digər fərmanı ilə Sumqayıtın hazırkı icra başçsı Eldar Əzizov vəzifəsindən azad edilib. Eldar Əzizovun hansısa vəzifəyə təyin olunub-olunmaması haqda isə hər hansı informasiya verilmir.

Modern.az saytı xəbərə aydınlıq gətirilməsi üçün öncə Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətində Z.Fərəcova yaxın mənbə xəbəri təkzib etməyərək, bu məsələnin gündəmdə olduğunu gəzlətməsə də, yeni təyinatı birmənalı təsdiqləməyib.
Qeyd edib ki. Z.Fərəcov bu gün işdə olmadığından onun Sumqayıtın icra başçısı təyin olunduğuni təsdiqləyə bilmirlər.

Sumqayıt şəhər İcra Hakimiyyətindən isə suallımıza cavab verməkdəm imtina ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.