Xəlifə Haftar Parisdə öldü - KİV

14-04-2018, 00:54           
Xəlifə Haftar Parisdə öldü - KİV
Liviya milli ordusunun komandanı Xəlifə Haftar Parisdə dünyasını dəyişib.

BakuPost "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tripolidəki mənbə məlumat yayıb.

"Onun vəfatı barədə məlumatlar daxil olur", - deyə agentliyin həmsöhbəti bildirib.

Qərb mətbuatı marşalın təcili xəstəxanaya yerləşdirildiyini yazıb. Ehtimala görə, iflic olan milli ordu lideri İordaniyanın paytaxtı Əmmandan Parisə aparılıb.

Hərbçiyə yaxın bəzi mənbələr bu məlumatları təkzib edib. "O, siyasi danışıqlar aparmaq üçün İordaniyadadır və özünü yaxşı hiss edir", - deyə Liviyanın hərbi dairələrindəki mənbə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru