BMW-ni insanların üzərinə sürdü - 6 yaralı

15-04-2018, 12:16           
BMW-ni insanların üzərinə sürdü - 6 yaralı
İngiltərənin Esseks qraflığında 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi qeydə alınıb.

Bu barədə “Essexlive” portalı məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində xəsarət alanların hamısı gənc oğlanlardır. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü idarəetməni itirib və piyada keçidindən keçən insanların üzərinə çıxıb.
Polis ərazidə qismən hərəkəti məhdudlaşdırıb. Hazırda faktla bağlı araşdırma aparılır.(Qafqazinfo)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru