Bakıda qonşu qadınlar arasında əlbəyaxa dava olub 18-05-2018, 09:48 Paytaxtın Binəqədi rayonu ərazisində qadınlar arasında dava baş verib.“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Quliyeva Solmaz Qarabala qızı qonşuluqda yaşayan qadınla əlbəyaxa olub.Nəticədə S.Quliyeva ağır kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib. Facebook-da paylaş