Ruhi Əsəb Xəstəlikləri Dispanserində FACİƏ

15-07-2018, 12:53           

Sumqayıt şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Teref.info report.az-a istinadən bildirir ki, 1963-cü il təvəllüdlü Ədalət Həbibov ehtiyatsızlıq nəticəsində müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Onun yıxıldığını görən şəxslər dərhal nəzarətçi həkimlərə xəbər veriblər. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, kişi orada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.