Fars-molla rejimi öz iyrənc antiAzərbaycan təbliğatını davam etdirir - VİDEO

9-10-2018, 15:32           
Fars-molla rejimi öz iyrənc antiAzərbaycan təbliğatını davam etdirir - VİDEO
İran televiziyalarında Azərbaycan türklərinin aşağılanması prosesi davam etdirilir.

Kult.az xəbər verir ki, əksər filmlərdə mənfi obrazın türk ləhcəli aktyorlar tərəfindən canlandırılması halı bu dəfə animasiyada müşahidə olunub.

“Puya” kanalında yayımlanan “Mədrəsə qəhrəmanları” animasiyasındakı bir mənfi obrazın azərbaycanlıya aid olması göstərilib. Market sahibi kimi çıxış edən türk obraz keyfiyyətsiz xarici mal satır və bir çox məhsulu müştərilərdən gizlədir.

Qeyd edək ki, İran rejiminin assimilasiya siyasətinin bir hissəsi olan türk ləhcəsi ilə danışan aktyorlara mənfi rolun verilməsi son illərdə dəfələrlə azərbaycanlıların kütləvi etirazına səbəb olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru