“Amazon” şirkəti əməkdaşını işdən qovdu, səbəbi...

9-10-2018, 19:03           
“Amazon” şirkəti əməkdaşını işdən qovdu, səbəbi...
“Amazon” şirkəti əməkdaşını işdən qovub.
“Amazon” şirkəti müştərilərinin elektron ünvanın saytdakı müstəqil satıcılardan birinə verən əməkdaşını işdən qovub.

Şirkətin administrasiyası zərərçəkən müştərilərini xəbərdar etdiyini bildirib və əlavə edib ki, həmin satıcı “Amazon” saytında bloklanıb. Şirkət işdən azad edilən əməkdaşın və üçüncü tərəf olan satıcının şəxsiyyəti haqqında hər hansı məlumat açıqlamayıb.

Ötən ay “Wall Street Journal” nəşrində dərc olunmuş yazıda bildirilirdi ki, “Amazon” şirkəti öz əməkdaşlarının pul müqabilində müştərilərin şəxsi məlumatlarını “Amazon” saytında öz mallarını satan üçüncü şəxslərə ötürməsi ilə bağlı araşdırmalar aparır.(AZƏRTAC)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru