Stadionda yarıçılpaq qaçan qız haqda maraqlı faktlar - Fotolar

2-06-2019, 11:30           
Stadionda yarıçılpaq qaçan qız haqda maraqlı faktlar - Fotolar
Madridin “Vanda Metropolitan” stadionunda keçirilən Çempionlar Liqasının finalında - "Tottenhem” və “Liverpul” qarşılaşmasında yarıçılpaq olan xanım azarkeş meydanda qaçması matçın özündən çox müzakirə olundu. Bəs, bu xanım kimdir?
“Yeni Sabah” xəbər verir ki, Kinsey Volanski adlı bu qız məşhur blogger Vitali Zdorovetskinin sevgilisidir.

Özünün "VitalyzdTv" kanalını idarə edən rus Vitalinin videolarını təkcə bu il 1,65 milyarddan çox insan izləyib. Hazırda onun bloqunun dəyəri 7,2 milyon dollar hesablanır. Vitali təkcə youtube videolarından ayda 400 min dollardan çox pul qazanır.

22 yaşlı model Kinsey Volanski ilə sevgili olan Vitali onu da videoçəkilişlərində istifadə edir.

Dünən stadiona yarıçılpaq çıxana qədər Kinseyin Instagram-da 240 min izləyicisi olub. Yarım dəqiqəlik stadion şousundan sonra izləyicilərin sayı 500 mini keçib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru