“Tottenhem Hotspur” Zlatan İbrahimoviçi transfer etmək istəyir

22-11-2019, 07:45           
“Tottenhem Hotspur” Zlatan İbrahimoviçi transfer etmək istəyir
ABŞ-ın “Los-Anceles Qelaksi” klubunun futbolçusu Zlatan İbrahimoviç cari ilin dekabr ayında klubla müqaviləsi bitdikdən sonra Böyük Britaniyaya qayıda bilər.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Qeyd olunub ki, 38 yaşlı futbolçu ilə “Tottenhem Hotspur” klubu maraqlanır. Belə ki, klubun baş məşqçisi Joze Mourinyo Zlatan İbrahimoviçi yaxşı tanıyır və buna görə onu öz komandasında görmək istəyir.

Klub portuqaliyalı mütəxəssisin istəklərini, İbrahimoviçin transferi üçün pul ödəməyəcəyi halda nəzərə almağa razıdır. Çünki, Zlatanla “Milan” klubu da maraqlanır.

Nəşrin bildirdiyinə görə, əgər transfer həyata keçsə İbrahimoviç “Tottenhem Hotspur” klubunda Harri Keynin əvəzləyicisi skamyasında əyləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru