“İnter”lə “Mançester Yunayted” Avropa Liqasının yarımfinalına yüksəlib

11-08-2020, 08:32           
“İnter”lə “Mançester Yunayted” Avropa Liqasının yarımfinalına yüksəlib
Bu gün Avropa Liqasında 1/4 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olacaq mərhələnin ilk günündə iki qarşılaşma baş tutub.

Təşkilatçı ölkənin yeganə təmsilçisi “Bayer” İtaliya “İnter”i ilə üz-üzə gəlib. Bütün qolları ilk 45 dəqiqədə vurulan qarşılaşmada Milan klubu qalib gəlib. İtaliyalıların yarımfinaldakı rəqibi “Şaxtyor” – “Bazel” oyununda müəyyənləşəcək.

Günün digər qarşılaşmasında İngiltərə “Mançester Yunayted”i Danimarka təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Yarımfinalçının adına əlavə vaxt aydınlıq gətirib. Həlledici qolu vuran mançesterliləri növbəti mərhələyə adlayıb. Onların rəqibi “Vulverhempton” – “Sevilya” qarşılaşmasında bilinəcək.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı avqustun 11-də təşkil olunacaq.

Avropa Liqası
1/4 final
10 avqust
23:00. “İnter” (İtaliya) – “Bayer” (Almaniya) - 2:1
Qollar: Barella, 15, Lukaku, 21 - Haverts, 24
Baş hakim: Karlos del Serro Qrande (İspaniya)
Düsseldorf. “Merkur Şpil Arena”

23:00. “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Fernandes, 94 (pen.)
Baş hakim: Klemen Turpin (Fransa)
Köln. “Reyn Enerji” stadionu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.