Niderland evdə uduzub, İtaliya və Fransa darmadağınla qalib gəlib

8-10-2020, 03:22           
Niderland evdə uduzub, İtaliya və Fransa darmadağınla qalib gəlib
Bu gün milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, baş tutan 19 qarşılaşma arasında Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki rəqibləri də olub.

Oktyabrın 10-da yığmamızı qəbul edəcək Monteneqro öz meydanında Latviya ilə heç-heçə edibsə, ayın 13-də Canni de Byazinin yetirmələri ilə Albaniyada üz-üzə gələcək Kipr Çexiyaya evdə yenilib. Millimizin qrupunda yer alan digər komanda Lüksemburq isə Lixtenşteynə uduzub.

Qardaş Türkiyə millisi Almaniya ilə üz-üzə gəlib. Kölndəki bol qollu matçda Şenol Günəşin yetirmələri məğlubiyyətdən son dəqiqə qolu sayəsində qurtulub.

İtaliya, Polşa, Sloveniya və Fransa doğma arenasındakı qarşılaşmada rəqibini darmadağın edib. Portuqaliya ilə İspaniyanın duelində qol olmayıb. Xorvatiya isə səfərdə İsveçrə üzərində əzmkar qələbə qazanıb.

Yoldaşlıq oyunları
7 oktyabr
Nikaraqua – Qvatemala – 0:0
Ermənistan – Albaniya – ləğv edilib
17:00. Zambiya - Malavi - 1:0
Sikombe, 15
20:00. Kipr - Çexiya - 1:2
Loyzou, 32 - Holes, 13, Darida, 43 (pen.)
20:00. Danimarka – Farer adaları - 4:0
Skov Olsen, 22, Eriksen, 27, Maehle, 32, Kornelius, 45
20:00. Estoniya – Litva - 1:3
Marin, 59 - Novikovas, 14, 46, Sirqedas, 32
20:00. Malta – Cəbəllütariq - 2:0
Nvoko, 8, Karuana, 90
20:00. Monteneqro - Latviya - 1:1
İvanoviç, 90+1 - Tarasovs, 26
22:15. Lüksemburq - Lixtenşteyn - 1:2
Rodriqes, 72 - Volfinqer, 23, Hasler, 62
22:30. Avstriya – Yunanıstan - 2:1
Qrbiç, 77, Baumqartner, 80 - Fortounis, 63
22:45. Andorra – Kabo Verde - 1:2
Ponck, 17 (avtoqol) - Mendes, 8, 54
22:45. Almaniya – Türkiyə - 3:3
Draksler, 45+1, Neuhaus, 58, Valdşmidt, 81 - Tufan, 50, Karaca, 67, Karaman, 90+4
22:45. İtaliya - Moldova - 6:0
Kristante, 19, Kaputa, 23, El Şaaravi, 30, 45+1, Posmaç, 38 (avtoqol), Berardi, 72
22:45. Niderland – Meksika - 0:1
Ximines, 59 (pen.)
22:45. Polşa – Finlandiya - 5:1
Qrosiçki, 9, 18, 38, Piatek, 53 - Niskanen, 68, Milik, 87
22:45. Portuqaliya – İspaniya - 0:0
22:45. Sloveniya - San Marino - 4:0
Mitroviç, 17, Vuçkiç, 25, Mitroviç, 42, Rep, 48
22:45. İsveçrə - Xorvatiya - 1:2
Qavranoviç, 31 - Brekalo, 42, Paşaliç, 67
23:10. Fransa – Ukrayna - 7:1
Kamavinqa, 9, Jiru, 24, 34, Mixolenko, 39 (avtoqol), Tolisso, 65, Mbappe, 82, Qrizmann, 89 - Tsiqankov, 53












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.