"IWF" Mayk İranini təşkilatın rəhbəri elan edib 16-10-2020, 05:35 Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi britaniyalı Mayk İranini təşkilatın rəhbəri vəzifəsinin icraçısı təyin edib.Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "IWF"in mətbuat xidməti məlumat verib.İrani bu vəzifədə tailandlı İntarat Yodbanqtoyu əvəz edib."İWF" İcraiyyə Komitəsinə mənə müvəqqəti olaraq prezidentliyi həvalə etdiyinə görə minnətdaram", - İrani deyib.Bildirilir ki, daha əvvəl federasiyanın yeni başçısı "IWF"in tibb komitəsinin və təşkilatın antidopinq komissiyasının sədri vəzifələrində çalışıb. Facebook-da paylaş