Ronaldu Çempionlar Liqasında Messinin rekordunu üstələdi

3-12-2020, 08:11           
Ronaldu Çempionlar Liqasında Messinin rekordunu üstələdi
Yuventus" UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında Kiyev "Dinamo"sunu qəbul edib.

“Report” xəbər verir ki, görüş Turində (İtaliya) "Alyans — Yuventus" stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turin klubunun qollarından birini 57-ci dəqiqədə hücumçu Kriştianu Ronaldu vurub. Portuqaliyalı bununla Çempionlar Liqasında özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini ötüb. Dünənə qədər Messi aktivindəki 70 qolla birinci idi.

Bu, həmçinin Ronaldunun karyerasında 750-ci qolu olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru