“Real Madrid”in futbolçusu Konor Makqreqoru döyüşə çağırdı

3-12-2020, 08:26           
“Real Madrid”in futbolçusu Konor Makqreqoru döyüşə çağırdı
“Real Madrid”in futbolçusu Konor Makqreqoru döyüşə çağırdıSerxio Ramos
İspaniya milli komandasının və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqoru döyüşə çağırıb.

Teref.az xəbər verir ki, futbolçu belə bir çağırışla instagramda çıxış edib.

O, sosial şəbəkədəki hesabında video yerləşdirib. Serxio Ramos videoda fiziki formasını nümayiş etdirib və irlandiyalı döyüşçünün yerişini təqlid edib.

"Konor, nə vaxt hazır olacaqsan?", - futbolçu yazıb.

"Hazır ol, qardaş. Bizi böyük döyüş gözləyir", - deyə Konor ona cavab verib.

Qeyd edək ki, Həbib Nurməhəmmədov da Konorla təkrar döyüşə çıxacağını istisna etməyib. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru