Avropa Liqası:"Qarabağ" - "Makkabi" qarşılaşması sülhlə bitdi, "Sivasspor" isə məğlub oldu

4-12-2020, 00:08           
Avropa Liqası:"Qarabağ" - "Makkabi" qarşılaşması sülhlə bitdi, "Sivasspor" isə məğlub oldu
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə cavab qarşılaşmasına çıxıb.

Strateq.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda baş tutan oyunda hesabı israillilələr açıb.

Belə ki, 22-ci dəqiqədə qonaqların heyətində Yonatan Koen penaltini dəqiq yerinə yetirib – 0:1.

37-ci dəqiqədə isə komandamızın futbolçusu Romero hesaba tarazlıq gətirib – 1:1.

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qrupdakı digər oyunda isə “Sivasspor” Vilyareal”a yenə məğlub olub – 0:1.

Bu oyunlardan sonra ” Vilyareal” 13 xalla ilk pillədə yer alıb. “Makkabi” 8 xalla 2-ci, “Sivasspor” 6 xalla 3-cü, “Qarabağ” isə 1 xalla sonuncu yeri tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru