Türkiyəli futbolçu 4 dəqiqəyə komandasına qələbə qazandırdı
4-12-2020, 08:56
UEFA Avropa Liqasından qrup mərhələsinin 5-ci turunda "Lill" "Sparta"nı qəbul edib.
Offsideplus.az xəbər verir ki, ev sahiblərinin hesabda geridə olduğu matçda türk futbolçunun dublu "Lill"ə qələbə qazandırıb. Meydana 77-ci dəqiqədə daxil olan Burak Yılmaz 80 və 84-cü dəqiqələrdə komandasının qələbə qollarının müəllifi olub.