"Bu gün yaxşı oyun sərgiləmədik" - Samir Abasov

20-02-2021, 23:11           
"Bu gün yaxşı oyun sərgiləmədik" - Samir Abasov
"Çox çətin oyun oldu. Belə olacağını bilirdik. Matça itkilərlə çıxdıq, son anda Sabir Buqrin də zədələndi. Bu bizim çətin duruma saldı. Buna baxmayaraq oyunda qalib gəldik.

3-4 gündən sonra "Zirə"yə qarşı oyun var. Futbolçulardan sakitləşməyi xahiş etdik. Bu matçı unutmalıyıq. Gələcək oyunda bəzi dəyişikliklər edə biləcəyik. Bəlkə də bu gün yaxşı oyun sərgiləmədik. Bizim oyunumuz da rəqibdən asılı idi. Onları yaxşı oyuna görə təbrik edirəm".

Teref.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XVI turunda evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ"ın xal itirməsi onların oyununa təsir etməyib: "Futbolçularda bir az narahatlıq var idi. Hava şəraiti və digər məsələlər çətinliklər yaratdı. Bu matçda həddindən artıq çətin durumda idik. 4-5 oyunçunun olmaması məşqçilərdən əlavə futbolçulara da təsir etmişdi".

Abasov həmkarı Elmar Baxşıyevin fikirləri ilə razılaşdığını vurğulayıb: "Mən həmkarımla razıyam. Bir dəqiq zərbə ilə oyunu udursan. Bəlkə bu oyunun ədalətli nəticəsi heç-heçə idi. Rəqib baş məşqçini də başa düşürəm. Bu gün sevinən biz idik. Ümid edirəm ki, rəqiblərimizlə görüşdə sevinən tərəf məhz "Qələbə" olsun". (Report.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru