"Roma" və "Tottenhem"in səfər sınağı, "Bazel" "Omoniya"nı qəbul edəcək

21-10-2021, 08:46           
"Roma" və "Tottenhem"in səfər sınağı, "Bazel" "Omoniya"nı qəbul edəcək
Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində III tura start veriləcək.

"Report"un məlumatına görə, turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.

H qrupunda yer alan Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Bakıda Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Bu qrupun digər görüşündə Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq.

C qrupunda İtaliya "Roma"sı Norveçdə "Budyo Qlimt" klubu ilə üz-üzə gələcək. G qrupunda turnirin favoritlərindən hesab olunan İngiltərə "Tottenhem"i Niderlandda "Vitess" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası, qrup mərhələsi

III tur

A qrupu

18:30. HİK (Finlandiya) - "Makkabi" (Təl-Əviv, İsrail)

20:45. "Alaşkert" (Ermənistan) - LASK (Avstriya)

Xal durumu: "Makkabi" - 4, LASK - 4, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

20:45. "Anortosis" (Kipr) - "Flora" (Estoniya)

23:00. "Partizan" (Serbiya) - "Gent" (Belçika)

Xal durumu: "Partizan" - 6, "Gent" - 6, "Flora" - 0, "Anortosis" - 0.

C qrupu

20:45. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

23:00. "MOİK-Sofiya" (Bolqarıstan) - "Zarya" (Luqansk, Ukrayna)

Xal durumu: "Roma" - 6, "Budyo Qlimt" - 4, "MOİK-Sofiya" - 1. "Zarya" - 0.

D qrupu

23:00. ÇFR (Kluj, Rumıniya) - AZ (Niderland)

23:00. "Yablonets" (Çexiya) - "Randers" (Danimarka)

Xal durumu: AZ - 4, "Yablonets" - 3, "Randers" - 2, , ÇFR - 1.

E qrupu

20:45. "Feyenoord" (Niderland) - "Union Berlin" (Almaniya)

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Slaviya" (Praqa, Çexiya)

Xal durumu: "Feyenoord" - 4, "Slaviya" - 3, "Union Berlin" - 3, "Makkabi" - 1.

F qrupu

20:45. "Kopenhagen" (Danimarka) - PAOK (Yunanıstan)

23:00. "Slovan" (Bratislava, Slovakiya) - "Linkoln" (Cəbəllütariq)

Xal durumu: "Kopenhagen" - 6, PAOK - 4, "Slovan" - 1, "Linkoln" - 0.

G qrupu

20:45. "Vitess" (Niderland) - "Tottenhem" (İngiltərə)

20:45. "Mura" (Sloveniya) - "Renn" (Fransa)

Xal durumu: "Tottenhem" - 4, "Renn" - 4, "Vitess" - 3, "Mura" - 0.

H qrupu

20:45. "Qarabağ" (AZƏRBAYCAN) - "Kayrat" (Qazaxıstan)

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr)

Xal durumu: "Qarabağ" - 4, "Bazel" - 4, "Omoniya" - 1, "Kayrat" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru