"Qarabağ"dan əzmkar qələbə və qrup liderliyi

21-10-2021, 22:57           
"Qarabağ"dan əzmkar qələbə və qrup liderliyi
Ağdam təmsilçisi bu oyundan sonra xallarını 7-yə çatdırıb.
Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxıb.
Görüşdəki ilk qolu qonaqlar vurub. 19-cu dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib.
Qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib, Ramil Şeydayev tarazlığı bərpa edib.
90+1-ci dəqiqədə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib - 2:1, Abbas Hüseynovun zərbəsi dəqiq alınıb.
Beləliklə, "Qarabağ" xalını 7-yə çatdırıb.
Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru