"Barselona"dan azad agent kimi ayrılır

22-10-2021, 10:49           
"Barselona"dan azad agent kimi ayrılır
"Barselona"nın futbolçusu Usman Dembele klubla müqaviləsini yeniləməyəcək.

Teref.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu növbəti yay transfer pəncərəsində komandadan ayrılacaq. O, "Nyukasl"a azad agent kimi keçməyi planlaşdırılır. Dembelenin İngiltərə klubunda illik 15 milyon avro + 5 milyon avro bonus məvacib alacağı bildirillib.

"Barselona" 2017-ci ildə "Borussiya"dan (Dortmund) 105 milyon avro + 40 milyon avro bonusa aldığı fransalı oyunçu ilə 2 illik yeni müqavilə imzalamaq istəsə də, futbolçu bunu qəbul etməyib.

Əlavə edək ki, Dembele bu mövsüm hələlik komandası ilə meydana çıxa bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru