“Taliban” DƏHŞƏTİ: 20 yaşlı voleybolçu qızı edam edib gizlədilər - FOTOLAR

22-10-2021, 17:48           
“Taliban” DƏHŞƏTİ:
Əfqanıstanda “Taliban” ölkənin gənc qadınlardan ibarət voleybol komandasının 20 yaşlı üzvü Mahacabid Hakimini edam etdirib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançının qətli oktyabrın əvvəlində baş tutsa da, Hakiminin öldürülməsi faktı gizlədilib.

Yerli idmançılar Hakiminin öldürülməsi ilə bağlı heç bir məlumat verməyib.

Bildirilir ki, voleybolçunun yaxınları onlara qarşı təhdid olduğu üçün susub. Beynəlxalq Voleybol Federasiyası idmançının taleyi ilə bağlı təcili izahat tələb edib.

Qeyd edək ki, sentyabrın ortalarında “Taliban” Əfqanıstanda qadın idmanını qadağan etmək niyyətində olduğunu bildirib.

“Taliban” hesab edir ki, təlim qadınlar üçün həyati əhəmiyyət daşımır. Bununla bağlı yekun qərar verilməyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru