Bakıda idmançı zalda ölü tapıldı - FOTO 22-10-2021, 18:24 Bakıda fitnes məşqçisi vəfat edib. Teref.az xəbər verir ki, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib. İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı. Onun ölüm səbəbi hələlik məlum deyil.( Oxu.Az) Facebook-da paylaş