Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb

23-10-2021, 07:18           
Qətərdə futbol üzrə dünya çempionatını qəbul edəcək "Əl-Tumama" stadionu açılıb
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarını qəbul edəcək "Əl-Tumama" stadionu istifadəyə verilib.

Trend-in məlumatına görə, bu barədə Dünya Çempionatın keçirilməsi və mirası üzrə Ali Komitənin mətbuat xidməti bildirib.

Stadion Qətərin paytaxtı Dohada yerləşir. Bu, Qətər memarı İbrahim Cayda tərəfindən layihələndirilən ilk stadiondur.

Stadion 40 min tamaşaçı tutumuna malikdir.

Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantino bildirib: ""Əl-Tumama" stadionu ölkə üçün böyük əhəmiyyət kəsb edən daha bir sənət əsəridir. Mənim arzum tezliklə Yaxın Şərqdə keçiriləcək ilk dünya çempionatının şahidi olmaqdır".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.