“El Klasiko”ya ağrıkəsicinin köməyi ilə çıxacaq

23-10-2021, 15:57           
“El Klasiko”ya ağrıkəsicinin köməyi ilə çıxacaq
“Barselona”nın müdafiəçisi Jordi Alba İspaniya La Liqasının X turunda “Real”la keçiriləcək oyuna yetişmyə ümid edir.

Cebhe.info xəbər verir ki, İspaniya millisinin üzvü dünənki kollektiv məşqə qatılmasa da, həkimlər onu “El Klasiko”ya yetişdirməyə çalışır.

Ulduz futbolçu Çempionlar Liqasının qrup mərhələsində Kiyev “Dinamo”su ilə matçda sağ topuq nahiyəsindən xəsarət alıb. 32 yaşlı sol cinah müdafiəçisi start heyətində meydana çıxmaq istəyir və bunun üçün klubun həkimləri ağrıkəsicidən istifadə etməyi düşünür.

Qeyd edək ki, sabah “Nou Kamp”da keçiriləcək “Barselona” - “Real” oyunu Bakı vaxtı ilə 18:15-də başlayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.