Ronaldu: “Ağızlarını yumub qələbə qazanmağa davam edəcəm”

24-10-2021, 09:41           
Ronaldu: “Ağızlarını yumub qələbə qazanmağa davam edəcəm”
“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştianu Ronaldu ünvanına səsləndirilən tənqidlərə cavab verib.

“Komandaya müdafiədə nə zaman yardım lazım olduğunu bilirəm. Mənim klubdakı rolum isə qələbədir, komandaya qollar vurmağa yardım etmək. Ancaq müdafiə də mənim işimin bir hissəsidir.

Bəzi insanlar var ki, bunu görmək istəmirlər, çünki mən onların xoşuna gəlmirəm, düzünü desəm, 36 yaşım var, hər şeyi qazanıram. Buna görə də barəmdə pis şeylər danışanlara görə narahat olacağammı? Gecələr rahat yatıram, vicdanım rahatdır. Hər şeyə baxmayaraq, onların ağızlarını yumub, qazanmağa davam edəcəm. Tənqid hər zaman işin bir parçasıdır. Məni bu narahat etmir”, - deyə Ronaldu bildirib.

Mənbə: Championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru