Məşhur atlet ticarət mərkəzinin qarşısında öldürüldü
24-10-2021, 09:44
Ekvadorun ən məşhur idmançılarından sayılan atlet Aleks Quyinonez silahlı hücum zamanı öldürülüb.
İdmançı Quyaquil şəhərindəki ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. Hücum zamanı həmçinin idmançının yanında olan şəxs də yaralanıb.