Mahir oynadı, komandası darmadağın oldu

25-10-2021, 07:39           
Mahir oynadı, komandası darmadağın oldu
Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa çempionatında növbəti oyununa çıxıb.

Varşava təmsilçisi 12-ci turda səfərdə “Pyats”la qarşılaşıb.

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Legiya”nın ölkə çempionatında ardıcıl 4-cü məğlubiyyəti olub.

Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 90 dəqiqə oynayıb.

Qeyd edək ki, “Legiya” 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru