Azərbaycan Premyer Liqasında ən çox futbolçudan istifadə edən klub bəlli olub

22-11-2021, 10:54           
Azərbaycan Premyer Liqasında ən çox futbolçudan istifadə edən klub bəlli olub
Azərbaycan Premyer Liqasında il ərzində ən çox futbolçudan istifadə edən komandanın adına aydınlıq gəlib.

"Report" Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Sabah" klubu qərarlaşıb.

Paytaxt təmsilçisi 29 matçda 40 oyunçunun xidmətindən yararlanıb. "Səbail" (37 - 30 oyuna) ikinci, "Neftçi" (35 - 29 oyuna) isə üçüncü sırada yer alıb.

"Keşlə" (34), "Sumqayıt" (33), "Qəbələ" (32) və "Zirə" (32) (hamısı 29 oyuna) növbəti sıralardadır. Çempionatda ən az futbolçu meydana buraxan "Qarabağ" komandasıdır. Ağdam təmsilçisi 30 qarşılaşmada 27 oyunçuya güvənib.

Qeyd edək ki, araşdırma 2020-ci il noyabrın 15-dən 2021-ci il noyabrın 15-dək aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.