Mourinyo 800 avroluq buts söz verdi, 2 qol vurdu - Video

22-11-2021, 15:37           
Mourinyo 800 avroluq buts söz verdi, 2 qol vurdu - Video
“Roma” İtaliya A Seriyasının 13-cü turunda “Cenoa”nı 2:0 hesabıyla məğlub edib. “Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Joze Mourinyo sözügedən oyunda dubl edən Feliks Afena-Qyana 800 avroluq buts alacağını deyib.

Bu barədə portuqaliyalı mütəxəssis İtaliya mətbuatına açıqlamasında bildirib:

“Feliksə “Cenoa” ilə oyunda qol vurarsa, ona bahalı olan – 800 avroluq buts alacağıma söz vermişdim. Qoldan sonra yanıma gəldi və sözümü unutmamağımı dedi. Sabah ilk işim ona buts almaq olacaq”.

18 yaşlı Feliks “Roma”nın əsas komandasıyla 3 oyuna çıxıb. O, “Cenoa” ilə səfər matçının 74-cü dəqiqəsində meydana buraxılıb. Gənc futbolçu 82 və 90+4-cü dəqiqələrdə vurduğu qollarla diqqət mərkəzinə düşüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru