Robert Levandovski ilin futbolçusu seçilib

23-11-2021, 07:38           
Robert Levandovski ilin futbolçusu seçilib
Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, 33 yaşlı forvard "Tuttosport" nəşrinin versiyasına əsasən bu ada yiyələnib. O, veteran oyunçuların səsverməsi nəticəsində qalib elan olunub. Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto O, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.

İkinci yeri İngiltərənin "Çelsi" klubunun italiyalı yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və Fransa PSJ-sinin forvardı Lionel Messi isə 3-cü olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru