Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəlib

23-11-2021, 07:56           
Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəlib
Fransada klublararası güləş çempionatı start götürüb. "Report" xəbər verir ki, ilk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi "Şiltgem" komandası "Mets"lə üz-üzə gəlib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı 2 görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçatryanı məğlub edib - 6:3. Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.

Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru